29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Türk Dövlətləri Təşkilatından ÖNƏMLİ QƏRAR: rəqəmsal platforma yaradılır

16 iyl 2024 16:00
GÜNDƏM
ads
Advertisement

Türk Dövlətləri Təşkilatının (TDT) kənd təsərrüfatı paytaxtı elan olunmuş Quba şəhərində Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə TDT-yə üzv və müşahidəçi dövlətlərin Rəqəmsal Aqro Data Platformasının yaradılması ilə bağlı iclası keçirilir.

Publika.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Rəqəmsal Aqro Data Platformasının yaradılmasında əsas məqsədləri açıqlayıb.

O bildirib ki, burada əsas məqsəd ilk növbədə, üzv və müşahidəçi dövlətlər arasında vahid ticarət şəbəkəsinin yaradılması, data əsaslı təhlilin aparılması, kənd təsərrüfatı və onların emalı məhsullarının ixrac və idxal potensialının qiymətləndirilməsi, ixracın və idxalın təşviqi, statistikanın toplanmasından ibarətdir. Həmçinin aqro statistika mərkəzlərinin fəaliyyətlərinin əlaqələndirilməsi və bu sahədə daimi əsasda fəaliyyət göstərən mərkəzlərin mütəxəssislərinin birgə fəaliyyətinin təşkil edilməsi, mübadilənin həyata keçirilməsi, hesabatların tərtib edilməsi, aqrar sahədə mövcud potensialın ölçülməsi və digər əlaqəli fəaliyyətlərin bir mərkəzdən idarəolunması və icrasının reallaşdırılması da əsas məqsədlərdəndir.

Aparat rəhbəri qeyd edib ki, türk dövlətləri bu gün dünya miqyasında böyük nüfuza və iqtisadi gücə malikdir. Son illər türk dövlətləri arasında iqtisadi əlaqələrin sürətli inkişafı və kənd təsərrüfatı, ərzaq məhsullarının ticarət dövriyyəsində artımlar müşahidə olunur.

TDT ölkələri arasında əlaqələrin daha da genişləndirilməsinin vacib olduğunu qeyd edən A. Cəfərli vurğulayıb ki, təşkilatın Rəqəmsal Aqro Data Platformasının yaradılması kənd təsərrüfatı və ərzaq məhsulları sahəsində məlumat mübadiləsinin və ticarət əlaqələrinin gücləndirilməsinə hədəflənib.

İclasda TDT-yə üzv və müşahidəçi dövlətlərin aidiyyəti qurumlarının məsul şəxsləri və özəl sektor nümayəndələri təqdimatlar keçirərək TDT Rəqəmsal Aqro Data Platformasının yaradılması istiqamətlərinin müəyyən edilməsi ilə bağlı müzakirələr aparılıb. Bununla yanaşı, TDT ölkələrinin iqtisadi, aqrar potensialı, investisiya imkanları və mövcud nəqliyyat infrastruktur layihələri barədə tədbir iştirakçılarına ətraflı məlumat veriblər.

Qeyd edək ki, tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan, Macarıstan və Şimali Kipr Türk Respublikasının Kənd Təsərrüfatı Nazirliklərinin səlahiyyətli nümayəndələri və aidiyyəti qurumların ekspertləri iştirak edir.

İclas öz işini sabah da davam etdirəcək.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur