Geyimlərin ərsəyə gəlməsində ən vacib məsələlərdən biri tikiş prosesidir. Yeni dərs ilinin başlanmasına az müddət qaldığından Bakı Tikiş Evində çalışan dərzilər gücləndirilmiş iş rejimində işləyirlər.
Kəsim sexində parçalar ölçülərə uyğun kəsilir və tikişə göndərilir.İncəlik və dəqiqlik tələb edən tikiş sexində sözün əsl mənasında yüz ölçüb bir biçənlər çalışır.Yeni məktəbli formaları əvvəlkindən həm dizaynına , həm də keyfiyyətinə görə fərqlənir.Beləki,Oğlanlar və qızlar üçün qısa qol polo tipli köynəklər, önü bağlanan cibli jaket,qızlar üçün ətək, oğlanlar üçün isə şalvar nəzərdə tutulub.