10.10.25 | Bakı 19.03° C |
10:06:25
Lent :

Qəzzadakı müharibənin sonuna gəlməmişik - Rubio

05 okt 2025 19:00
DÜNYA
ads
Advertisement

ABŞ Dövlət Katibi Marko Rubio, HAMAS-ın ABŞ Prezidenti Donald Trampın Qəzza planına cavab verməsindən sonra verdiyi açıqlamada bildirib ki, “Qəzzadakı müharibə hələ bitməyib, görülməli bir sıra işlər var”.

 

Qutb.az xəbər verir ki, o, bunları NBC telekanalında yayımlanan “Meet the Press” proqramında çıxış edərkən söyləyib.

 

Rubio qeyd edib ki, “Qəzzadakı müharibənin hələ sonina gəlməmişik”.

 

Rubio Qəzzadakı girovların azad edilməsinə dair danışaraq deyib: “HAMAS-ın bu məsələdə həqiqətən ciddi olub-olmadığını, bu texniki danışıqların logistika baxımından necə irəlilədiyini çox tez bir zamanda anlayacağıq.” O, ABŞ-nin girovların bir an öncə azad edilməsini istədiyini bir daha vurğulayıb.

 

Rubio əlavə edib ki, planın silahsızlaşma mərhələsini əhatə edən ikinci hissəsi asan olmayacaq.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
157 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
19.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur