29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

UzunömürIülüyün, yoxsa tez ölümün sirri...

12 fev 2024 16:00
GÜNDƏM
ads
Advertisement

“Müasir” qidalananların ən çox üz tutduğu məkanlardan biri də McDonald’s-lardır. Müştərilər arasında isə gənclər və uşaqlar üstünlük təşkil edir. Maraqlıdır ki, bu günlərdə ABŞ-ın Qərbi Virciniya ştatının sakini Zen Uayt 100 illik yubileyini McDonald's restoranında qeyd edib. Bu barədə “Business Insider” xəbər verib.

Həmin şəxs 1924-cü ildə anadan olub və İkinci Dünya Müharibəsi illərində orduda xidmət edib, radarların təmiri ilə məşğul olub. Dediyinə görə, 36 ildir ki, bu uzunömürlü və onun dostları hər səhər, bir gün belə buraxmadan səhər yeməyini McDonald's-da yeyir. Uayt etiraf edib ki, 100 yaşına necə, nəyin sayəsində çatdığını dəqiq bilmir. Bununla belə, bu yaşda da fast-fooddan imtina etmək istəmir. “Mən 36 ildir bura (McDonald’s-a – red.) gəlirəm. Tərgidəsi deyiləm ki”, - əlavə edib.

Bu nədir, bir reklam, yoxsa? McDonald’s qidaları nə dərəcədə orqanik, yəni sağlam qidalar sayıla bilər? Xüsusən də uşaqların səhhəti baxımından tez-tez belə məkanlara getməyin hansı fəsadları mümkündür? Nəhayət, McDonald’s təamları ilə uzun ömür sürmək mümkünmü?

Qeyd edək ki, zaman-zaman McDonald’s qidalarının tərkibində zərərli və zəhərli maddələrin olması ilə bağlı məlumatlar yayılır. Xüsusən də kiçik yaşlı uşaqların bu qidalardan istifadə etməsinin yolverilməz olduğu bildirilir. Bəzi mütəxəssislərin fikrincə McDonald’s qidaları orqanizm üçün hətta zəhərdir, genetik silahdır. Bu cür qidaların tərkibində daha çox konservantlar, boyalar, trans yağlar, şəkər, duz və digər kimyəvi əlavələr var. Nəticədə insan orqanizmində metabolizma pozulur, qan təzyiqi, şəkər xəstəliyi, ürək-damar xəstəlikləri, qaraciyər xəstəlikləri, obezlik, depressiya və digər ciddi problemlər yaranır.

Obezlik və şişmanlıq. McDonald’s qidaları çox kalorili və yağlıdır. Bu da orqanizmdə daha artıq enerji yığılmasına və yağ toxumalarının artmasına səbəb olur. Obezlik və şişmanlıq isə bir çox xəstəliklərin riskini artırır.

Şəkər xəstəliyi. McDonald’s qidaları çox şəkərli və nişastalıdır. Bu da qanda şəkər səviyyəsinin yüksəlməsinə və insulin hormonunun pozulmasına səbəb olur. Şəkər xəstəliyi isə böyrək, ürək, göz, sinir, damar və digər orqanlara zərər verir.

Ürək-damar xəstəlikləri. McDonald’s qidaları çox duzlu və xolesterinli yüksək qidalar olduğundan, ürək-damar sisteminə zərər verir. Bu da ürək qıcıqlanması, ürək çatışmazlığı, damar tıxanması, hipertoniya və digər xəstəliklərə səbəb olur.

Qaraciyər xəstəlikləri. McDonald’s qidaları həm də çox yağlı və zərərli maddələri özündə ehtiva etdiyindən qaraciyərə zərər verir. Nəticədə qaraciyər yağlanması, qaraciyər iltihabı, qaraciyər serozu, qaraciyər xərçəngi və digər xəstəliklər yarana bilir. Beləliklə, bütün bunları nəzərə alanda demək olar ki, McDonald’s qidaları orqanizmin sağlamlığını pozur, xəstəliklərə yol açır ki, bu da ömrün qısalmasına gətirib çıxarır. Uayt kimi insanların uzun ömür sürməsi isə başqa amillərə, məsələn, genetika, həyat tərzi, mühitlə bağlı ola bilər.

Publika.az xəbər verir ki, mövzu ilə bağlı həkim-dietoloq Ləman Süleymanova “Yeni Müsavat”a danışıb:

“Qidalanmaq insan orqanizmi üçün çox önəmli vasitədir və insanın bütün həyat fəaliyyətinə təsir edir. Tərkibində zərərli maddələrin olduğu qidaların xüsusilə uşaqlar tərəfindən qəbul edilməsi çox təhlükəlidir. Orqanizm mütəmadi olaraq belə qidalar qəbul edərsə, çox ciddi problemlər yarana bilər. Məsələn, həmin zərərli, zəhərli maddələr insanın nəinki zehin qabiliyyətinə, fiziki aktivliyinə, eləcə də genetik ötürülən istedadına mane olur. Məsələn, uşaq aktiv olmalıdır, amma passivləşməyə başlayır, zehni qabiliyyətində problemlər yaranır, yaddaşı pozulur. Ona görə də körpə yaşlarından uşaqları bu cür qidalara alışdırdıqda onların gələcəyini təhlükə altına atmış oluruq.

Müşahidə edirik ki, valideynlər əgər əvvəllər uşaqlarını 12 yaşından sonra McDonald’s restoranlarına gətirirdilərsə, indi körpə yaşlarından alışdırırlar. Mənim yanıma pasiyentlər gəlir, təsəvvür edin, 6 yaşında uşağın çəkisi 60 kq olur. Əsas səbəb isə fast-food qidalarıdır.

Beləliklə, McDonald’s yeməkləri Azərbaycan uşaqlarının, gənclərinin qənimidir. Onun tərkibində trans yağlardan istifadə olunur. Bu cür yağlar ürək-damar, onkoloji xəstəliklərə gətirib çıxarır.

Məlum olduğu kimi, son illər dünya xərçəng xəstələrinin sayı sürətlə artır. ÜST-ün son hesablamarına görə dünyada xərçəng xəstələrinin sayı artıq 17 milyonu ötüb. Bu problemin nə qədər ciddi olmasından xəbər verir. Araşdırsaq görərik ki, xərçəng xəstələrinin 80 faizi McDonald’s qidaları ilə qidalanan insanlardır”.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə mövzuya bu cür rəy bildirdi:
“Adamın adı Uaytdır, yəni, “ağ”. Amma Uayt McDonald’s-da olmaqla ağ günə çıxmayacaq. Bu sadəcə reklamdır və deyilənlər ağ yalandır! İstehlakçı hüquqlarını qoruyan dünyanın 130-dan çox təşkilatı dörd ildən bir keçirilən dünya konqreslərində McDonald’s qidalarının yolverilməz olduğunu təbliğ edir və bizdən tələb edir ki, nə qədər mümkündür onun qarşısını alaq.

Bu cür yalançı reklamlar sadəcə insanları cəlb etmək üçündür. Məşhur bir professorun belə bir sözü var, “dünyanı aldatmaq üçün 200 nəfər pula satılmış professor tapmaq yetərlidir”. Uayt da onlardan biridir. Çox təəssüf ki, belə insanlar demək olar ki, elə Amerikadan çıxır. Amerika dövləti yalançı olduğu kimi insanları da yalançıdır, puldan ötrü nə desən edərlər. Uayt kimi bədbəxtlər qocalıb 100 yaşına çatanda da pul qazanmaq eşqinə düşür.

Bir çox ölkələr McDonald’s-ı öz ölkəsinə buraxmayıb. Bu qadağa təkcə siyasi məsələlərə görə deyil, təbii ki, həm də sağlamlıqla bağlıdır.

McDonald’s hansı ölkədə olursa həmin ölkənin böyük vergi ödəyicisinə çevrilir və insanları aldadan aqressiv reklamı gedir. Əgər McDonald’s-ın mətbəxinə girsək görərik ki, onun qidalarında istifadə olunan ət xaricdən gəlir və dairəvi taxtaya bəzəyir. O, xüsusi aparatlarla şişirdilir və istehlakçılara elə təqdim olunur ki, guya ətdir. Mən hazırda Filippindəyəm, müşahidə edirəm ki, McDonald’s servislərinin yanında bu ölkənin milli McDonald’s-ı var. İnsanlar istəyər xarici, istəyər milli McDonald’s-seçə bilər. hansı ki, başqa adla yaradılıb. Lakin araşdıranda məlum olur ki, texnologiya elə həmin texnologiyadır. Düşünürəm ki, bunu da McDonald’s edib. Gənclər, xüsusən də uşaqlar McDonald’s qidalarından uzaq olmalıdır. İlk baxışda təmiz görünən, lakin tərkibi ən təhlükəli olan qidalar McDonald’s-a verilir”.

Qeyd edək ki, McDonald’s-ı qadağan edən ölkələr aşağıdakılardır:

1.İran. İslam inqilabından sonra İran 1979-cu ildə McDonald’s və digər ABŞ-ın fast-food şirkətlərini ölkədən qovub. İran hökuməti bu şirkətləri Amerikanın mədəniyyət və siyasət nüfuzunun vasitəsi kimi qəbul edir.

2. Boliviya. 2002-ci ildə Boliviya McDonald’s restoranlarını bağlayıb. Boliviya prezidenti Evo Morales bu qərarı Boliviya xalqının milli mədəniyyətinə və qida dəyərlərinə sadiqliyinin nümunəsi kimi təqdim edib.

3. Şimali Koreya. Bu ölkə ABŞ-ın düşməni olduğundan McDonald’s və digər ABŞ-ın fast-food şirkətləri burada fəaliyyət göstərə bilmir.

4. İslandiya. 2009-cu ildə İslandiyada McDonald’s-ın restoranlar şəbəkəsi bağlanıb. İslandiya xalqı McDonald’s qidalarını sağlamsız və təbii olmayan hesab edir.

5. Zimbabve. 2000-ci ildə Zimbabve də McDonald’s restoranlarını bağlayıb. Bunun səbəbi Zimbabvenin siyasi və iqtisadi böhranı və McDonald’s qidalarının ölkənin qida standartlarına uyğun olmamasıdır.

McDonald’s-ın qadağan olunduğu digər ölkələr isə Yəmən, Makedoniya, Monteneqro, Albandır.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur