Argentina polisi futbol üzrə milli komandanın üzvü, dünya çempionu Anxel Di Mariyanı hədələyən 3 nəfəri saxlayıb.
Publika.az xəbər verir ki, bir neçə gün əvvəl "Benfika"nın futbolçusunun ailəsinin yaşadığı evin qarşısında onlara ünvanlanmış lövhə tapılıb. Hücum edənlər Di Mariyanı Rosarioya dönəcəyi halda ailə üzvlərini öldürməklə hədələyiblər.
Saxlanılanlar narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinən Pablo Akotto və onun iki şərikidir. Əsas şübhəlinin evindən silah və narkotik tapılıb.
Rəsmi qurumlar quldurların Di Mariyanı və ailəsini niyə hədələdiklərinin hələ də məlum olmadığını və araşdırmaların davam etdiyini bildiriblər.
Heybət