Ekvadorun “Barselona” klubunun qapıçısı Castin Kornexo 20 yaşında vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti təfərrüatları açıqlamadan məlumat yayıb.
KİV-in məlumatına görə, Kornexo bazar ertəsi evində duşa alarən yıxılıb və başından xəsarət alıb. O, huşsuz vəziyyətdə aşkar edilərək xəstəxanaya yerləşdirilib. Qapıçının vəziyyəti ağır olub. Həkimlərin səyinə baxmayaraq, ertəsi gün dünyasını dəyişib.
Kornexo Ekvador “Barselona”sının yetirməsidir. O, komandanın ehtiyat qapıçısı idi. Castin Ekvadorun gənclər yığmasında da 1 oyun keçirib.