Lənkəranlı meyxançı Elnur Valehə yaxın zamanlarda böyrək köçürüləcək.
Publika.az baku.ws-ə istinadən bildirir ki, bu barədə o özü "El canlı" verilişinə qonaq olarkən bildirib.
Meyxanaçı qeyd edib ki, onun böyrəyi işləmir və üstündə xüsusi aparat gəzdirərək yaşaır:
"Böyrək çatışmazlığından əziyyət çəkirəm. Hazırda dializ xəstəsiyəm. Yaxın zamanlara mənə böyrək nəql ediləcək. Üstümdə aparat var, onunla yaşayıram. Böyrəklərim işləmir".