Amerikalı iş adamı İlon Mask demoqrafik vəziyyəti yaxşılaşdırmaq üçün qəti tədbirlər görülməsə, bir çox ölkələrin yox ola biləcəyini deyib.
Publika.az xəbər verir ki, AFP daha əvvəl bildirmişdi ki, Tokio bu yay ölkədə doğum nisbətini artırmaq üçün hökumət tədbirlərinin bir hissəsi olaraq tanışlıq proqramını işə salmağı planlaşdırır.
Mask bu məlumata əsaslanaraq yazıb:
“Mən şadam ki, Yaponiya hökuməti bu məsələnin əhəmiyyətini başa düşür. Əgər təcili tədbirlər görülməsə, Yaponiya (və bir çox başqa ölkələr) yox olacaq”.
2023-cü ildə Yaponiyada doğum əmsalı 5,1% azalaraq rekord həddə çatıb. Yaponiya Daxili İşlər və Rabitə Nazirliyinin məlumatına görə, əhalinin yalnız 11,4%-i 15 yaşa qədərdir, demək olar ki, 30%-i isə 65 yaşdan yuxarıdır.
Tural