28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Ukrayna İranı hədələdi: Bu xəbərlər təsdiqlənərsə...

08 sen 2024 02:00
DÜNYA
ads

Ukrayna Xarici İşlər Nazirliyi İranın Rusiyaya ballistik raketlərin tədarükü ilə bağlı mətbuatda yayılan xəbərlərdən narahatlığını bildirib. Qeyd edilib ki, bu xəbərlər təsdiqlənərsə, Ukrayna-İran münasibətləri üçün “dağıdıcı nəticələr” olacaq.

QÜTB.AZ xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyinin şənbə günü dərc etdiyi bəyanatda həmçinin İran rəhbərliyini Rusiyaya hər hansı silah və hərbi texnika ötürməkdən çəkinməyə, habelə beynəlxalq ictimaiyyəti “beynəlxalq sülhün və təhlükəsizliyin qorunması naminə” Tehran və Moskvaya təzyiqi artırmağa çağırır.

“Wall Street Journal” və CNN ötən gün kəşfiyyat mənbələrinə istinadən İranın Ukraynaya qarşı müharibədə istifadə etmək üçün artıq Rusiyaya yaxın mənzilli ballistik raketlər göndərdiyini bildiriblər. “Bloomberg” bir neçə gün əvvəl belə raketlərin gözlənilən transferi barədə yazmışdı. Britaniyanın “The Times” qəzetinin yazdığına görə, Rusiya İrandan 200-dən çox ballistik raket yükü alıb. İranın BMT-dəki missiyası iddia edir ki, Tehran münaqişə tərəflərinə, o cümlədən Ukraynaya silah vermir.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur