30.05.25 | Bakı 19.03° C |
10:06:25
Lent :

Laçın görüşü regional təhlükəsizliyə xidmət edən tərəfdaşlıq platformasıdır

29 may 2025 23:00
GÜNDƏM
ads

Azərbaycanın Müstəqillik Günündə dirçəliş dövrünü yaşayan Laçında Prezident İlham Əliyevin, Prezident Rəcəb Tayyib Ərdoğanın və Baş nazir Məhəmməd Şahbaz Şərifin Zirvə görüşünün keçirilməsi mühüm tarixi əhəmiyyət kəsb edir. Sayca ikinci dəfə keçirilən bu Zirvə görüşü həm xoş günlərdə, həm də ağır günlərdə daim bir-birinin yanında olan qardaş ölkələrimiz və xalqlarımız arasında əlaqələrin dinamik inkişafına böyük töhfə verəcək.

Qutb.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov bildirib.

Komitə sədri vurğulayıb ki, Vətən müharibəsi və antiterror tədbirləri zamanı Azərbaycana siyasi və mənəvi dəstək verən qardaş ölkələr – Türkiyə və Pakistan liderlərinin iştirakı ilə Şərqi Zəngəzurda üçtərəfli formatda keçirilən görüş təkcə dövlətlərarası həmrəylik nümunəsi deyil, eyni zamanda regional təhlükəsizliyə, əməkdaşlığa və davamlı inkişaf məqsədlərinə xidmət edən strateji tərəfdaşlıq platformasıdır. Bu formatda keçirilən yüksək səviyyəli görüşlər ölkələrimiz arasında siyasi, iqtisadi, hərbi, nəqliyyat, müdafiə və digər sahələrdə birgə təşəbbüslərin reallaşdırılmasına yeni imkanlar açır.

Şahin İsmayılov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev Müstəqillik Günü ilə bağlı keçirilən tədbirdə çıxışında Laçında keçirilən Zirvə görüşü ilə üçtərəfli əməkdaşlıqda yeni səhifənin açıldığını, müzakirə edilən məsələlər və əldə edilmiş razılaşmaların ölkələrimizi bir-birinə daha da yaxınlaşdıracağını bəyan edib. Dövlətimizin başçısı çıxışında, həmçinin ölkəmizin 1920-ci ilin noyabrında sovet Rusiyası tərəfindən Qərbi Zəngəzurun Azərbaycandan ayrılaraq Ermənistana birləşdirilməsi kimi tarixi ədalətsizliklə, Xocalı soyqırımı və digər faciələrlə üzləşdiyini vurğulayıb. 

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusunun döyüş meydanında parlaq qələbələr qazanaraq, ərazi bütövlüyünü və dövlət suverenliyini təmin etdiyini söyləyən deputat deyib: “Bu gün isə Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. “Böyük Qayıdış” proqramı çərçivəsində artıq 43 min insan öz doğma yurduna qayıdıb və bu proses dinamik şəkildə davam edir. Regionda nəqliyyat, energetika, sosial infrastrukturun bərpası, iqtisadi fəaliyyətin yenidən qurulması istiqamətində mühüm layihələr icra edilir”. 

Azərbaycanın regionda sabitlik, əməkdaşlıq və inkişafın aparıcı qüvvəsinə çevrildiyini söyləyən komitə sədri vurğulayıb ki, müstəqilliyinin bərpasından ötən dövr ərzində qazanılmış nailiyyətlər, beynəlxalq arenada artan nüfuz və qardaş dövlətlərlə qurulan sarsılmaz birlik Azərbaycanın gələcək inkişafı üçün önəmli töhfələr verəcək. 

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
19.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur