03.04.25 | Bakı 13.03° C |
10:06:25
Lent :

Bakı-Tbilisi qatarı mayın 1-dən fəaliyyətə başlayır? - Rəsmi AÇIQLAMA

27 mar 2025 12:00
GÜNDƏM
ads

Bir müddət əvvəl Gürcüstan hökuməti bəyan edib ki, Azərbaycan və Gürcüstan arasında dəmir yolu ilə sərnişindaşıma mayın 1-dən bərpa ediləcək.

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin yaydığı məlumatda deyilir ki, sözügedən məsələ ölkənin Baş nazirinin birinci müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili ilə Gürcüstanda səfərdə olan Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə keçirilən görüşdə müzakirə edilən məsələlərdən biri olub. 

“Dəmir yolu ilə sərnişin daşımaları turizmimiz üçün çox vacibdir. Azərbaycanlı həmkarımız ilə görüşdə, həmçinin gələn il üçün daşımalarla bağlı proqnozları da müzakirə etdik”, - deyə Davitaşvili qeyd edib. 

Ancaq Azərbaycan tərəfindən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

Qutb.az-ın məlumatına görə, məsələ ilə əlaqədar "Azərbaycan Dəmir Yolları"ndan bildirilib ki, Nazirlər Kabinetinin 73-1 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2025-ci il 1 iyul saat 06:00-dək uzadılıb.

"Azərbaycanın qonşu ölkələrlə quru sərhədləri bağlı olaraq qalır. Bu səbəbdən beynəlxalq istiqamətdə qatarla sərnişindaşıma fəaliyyəti həyata keçirilmir. Hər hansı yenilik olarsa, ictimaiyyətə bu barədə ətraflı məlumat veriləcək", - açıqlamada qeyd olunub.

Qeyd edək ki, Bakı-Tbilisi-Bakı sərnişin qatarlarının hərəkəti 2020-ci il martın 14-də koronavirus pandemiyası səbəbindən dayandırılıb. Azərbaycan pandemiya ilə əlaqədar quru sərhədlərini də bağlamışdı və bu məhdudiyyətlər hələ də qüvvədədir. Sonuncu dəfə sərhədlərin bağlı qalma müddəti iyunun sonunadək uzadılıb.

Teglər
Müəllif : Sadıq Abdullayev
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
13.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur