29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

İran İsrailə raket hücumunun səbəbini açıqladı

01 okt 2024 22:00
GÜNDƏM
ads

İsrail İranın zərbələrinə cavab verərsə, sarsıdıcı hücumlarla üzləşəcək.

QÜTB.AZ xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

"İsrail rejimi İranın hərəkətlərinə reaksiya verərsə, dağıdıcı hücumlarla üzləşəcək", - SEPAH bildirib.

İran İsrailə ən böyük raket hücumunun səbəbini də açıqlayıb. İran Hizbullah və Həmas liderlərinin, eləcə də İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Livandakı qüvvələrinin komandirinin şəhid olmasına cavab olaraq İsrailə hücum edib. Bu barədə İSNA agentliyinə SEPA-nın mətbuat xidməti məlumat verib.

“[Həmas Siyasi Bürosunun rəhbəri] Haniyə, [Hizbullahın baş katibi] Seyid Həsən Nəsrullah və [Livandakı SEPAH komandiri Abbas] Nilfruşanın şəhadətinə cavab olaraq, [İsrailin] işğal olunmuş ərazilərinin ürəyini hədəfə alırıq”, açıqlamada bildirilib.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur