02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Pakistanda ən çox axtarılan terrorçu həbs edildi

21 yan 2024 11:00
GÜNDƏM
ads
Advertisement

Pakistanda Kəraçi polisi ilə təhlükəsizlik qüvvələri birgə kəşfiyyat əməliyyatı keçirərək qadağan olunmuş “Təhrik-e-Taliban Pakistan” (TTP) qruplaşmasının ən çox axtarılan terrorçusunu həbs ediblər.

Publika.az xəbər verir ki, həbs edilən şəxsin “Əmjad” ləqəbli Əbdül Qaffar olduğu və onun üzərindən partlayıcı maddələrin götürüldüyü bildirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki, saxlanılan şəxs qadağan olunmuş silahlı təşkilatın komandiri, müfti ləqəbli Məhəmməd Əlinin yaxın adamı olub.

Saxlanılan şəxs 2011-ci ilin oktyabrında Abdulla Şah Qazi ziyarətgahında intihar hücumu planlaşdırmaqda iştirak edib. Hadisədən sonra Əbdül Qaffar qaça bilib. Onun Kəraçiyə qruplaşma şəbəkəsini yenidən qurmaq niyyəti ilə qayıtdığı da məlum olub.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur