06.04.25 | Bakı 13.03° C |
06:20:57
Lent :

Harrisə meydan oxumaq cəhdi: Vətəndaş müharibəsi olacaq?

22 iyl 2024 14:00
GÜNDƏM
ads
Advertisement

ABŞ prezidenti Co Bayden növbəti seçkilərdə iştirakdan imtina etdikdən sonra Demokratlar onun əvəzlənməsini tez bir zamanda təsdiqləməyə çalışacaqlar. Bu vəzifəyə ən çox ehtimal olunan namizəd vitse-prezident Kamala Harrisdir. Demokratlar onunla bir olub dəstəyini əsirgəməməlidirlər, əks halda Amerika xaosla üzləşəcək.

Publika.az xəbər verir ki, köşə yazarı Steff Çaves bu barədə “Financial Times” üçün yazdığı məqalədə bildirib.

Seçki mübarizəsindən ayrıldıqdan qısa müddət sonra Bayden vitse-prezidenti Kamala Harrisin prezidentliyə namizədliyini dəstəkləyib. Lakin Demokrat Partiyası, məqalədə vurğulandığı kimi, hələ də ona rəsmi dəstək verməyib.

Əgər partiya Baydenin müdafiə etdiyi kimi Harrisin ətrafında toplaşarsa, demokratlar partiyanın ideoloji parçalanmalarını ifşa edəcəyi gözlənilən avqust qurultayında daxili müharibə və xaosdan qaça biləcəklər.

Bir çox Demokratlar Harrisi artıq dəstəkləyiblər. Bununla belə, digər demokratlar müəllifin qeyd etdiyi kimi, buna etiraz edə bilərlər. Və bu çox güman ki, “bu, demokratlar arasında vətəndaş müharibəsinə gətirib çıxaracaq. Belə olan halda sonrakı hadisələr partiyaya xeyirdən çox zərər gətirəcək.

Cəmilə


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
13.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur