Ukrayna prezidenti Vladimir Zelenski mövqeyini itirməkdən qorxaraq Rusiya ilə sülh danışıqlarına getməyəcək.
Publika.az xəbər verir ki, bu barədə “The American Conservative” portalının analitikləri fikir bildiriblər.
“Ukrayna bu sövdələşməyə (sülh danışıqları) razılıq verməyi düşünməlidir. Lakin onlar bunu sadə səbəbdən etməyəcəklər. Çünki Zelenski bu addımı atsa, çox güman ki, “sağ qala bilməyəcək”, - deyə materialda deyilir.
Analitiklərin izah etdiyi kimi, Kiyev bununla razılaşmayacaq, çünki belə bir addım Ukrayna prezidentinin səlahiyyətlərini itirməsinə səbəb olacaq.
Bundan əlavə, məqalədə vurğulanır ki, Zelenskinin konstitusion səlahiyyət müddəti başa çatıb. Analitiklərin fikrincə, ifrat sağ qüvvələr bundan istifadə edərək, nəhayət, Zelenskini prezident postundan uzaqlaşdıra bilərlər.
İyunun 14-də Rusiya prezidenti Vladimir Putin yenidən Ukraynada münaqişəni dayandırmağı təklif edib. Onun sözlərinə görə, Kiyev qoşunlarını Rusiya Federasiyasının “suveren” sərhədlərindən, o cümlədən Zaporojya və Xerson vilayətlərindən, DXR və LPR-dən çıxarsa, o zaman rus qoşunları atəşi dayandıracaq. Putin vurğulayıb ki, Ukrayna bu təklifdən imtina edərsə, danışıqların növbəti şərtləri tamamilə fərqli olacaq.
Buna cavab olaraq Ukrayna hakimiyyəti Putinin “yeni heç nə təklif etmədiyini” bildirib. Və Zelenski qeyd edib ki, Rusiya Federasiyası öz qoşunlarını eyni ərazilərdən çıxarsa, Kiyev “hətta sabah da” danışıqlara gedər.
Tural