Türkiyəli məşhur müğənni Teomanın 30 ildir ki, musiqilərini bəstələdiyi ikonik gitarası hərracda 466 min TL-yə (təxminən 24 min AZN) satılıb.
Publika.az xəbər verir ki, gitaranı məşhur müğənni Kənan Doğulu alıb. Hərracdan əldə edilən gəlir Uşaqların Müdafiəsi Şurasına bağışlanıb.
Teomanın başlatdığı bu ianə ənənəsinin gələcəkdə də davam edəcəyi bildirilib. Teomandan başqa hərracda Mərcan Baba, Güven Kıraç, Sinan Çetin, Abdullah Oğuz, Can Bonomo kimi məşhurların da əşyaları satışa çıxarılıb.
Cəmilə