"Real", "Mançester Siti", "Liverpul" və PSJ bu qış "Bayern"in alman yarımmüdafiəçisi Camal Musialanı transfer etməyə çalışacaq.
QÜTB.AZ xəbər verir ki, bu barədə "Caught Offside" məlumat yayıb.
Mənbənin sözlərinə görə, Avropa nəhənglərinin diqqətini çəkən 21 yaşlı futbolçu, illik 20-25 milyon avroluq maaşı nəzərə almasaq, onu transfer etmək istəyənlərə bu keçid təxminən 180 milyon avroya başa gələcək.
Transferdə ən çox maraqlanan, Kevin De Bruyneyə əvəzedici axtaran "Mançester Siti"dir. "Şəhərlilər"in skautları bu mövsüm Musialanın oyununu bir neçə dəfə izləyiblər.
"Bayern" isə gənc ulduzu komandada saxlamağa çalışacaq.
Qutb