Ermənistan İstintaq Komitəsi azərbaycanlı hərbçi Ruslan Pənahovla bağlı cinayət təqibinə xitam verib.
Publika.az xəbər verir ki, bu barədə “Armenia today” məlumat yayıb.
Bildirilib ki, Pənahovun azaraq erməni mövqeləri yaxınlığında qalması ilə bağlı faktiki məlumatlar əldə edilib.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.
Ermənistan tərəfi isə şərti sərhədi keçən Azərbaycan əsgərinin saxlanıldığını bildirmişdi. Onun barəsində bir neçə uydurma ittiham üzrə cinayət işi başlanılmışdı.