01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

"Barsa" uduzur, bu uşaq isə...

25 yan 2024 10:00
İDMAN
ads
Advertisement

"Barselona" İspaniya kubokunun 1/4 finalında "Atletik"ə uduzub - 2:4.

Publika.az xəbər verir ki. Kataloniya təmsilçisinin qollarlndan birini azyaşlı Lamin Yamal vurub. Bu zaman futbolçunun 16 yaş 195 günlüyündə olub. Bununla Yamal "Barsa"nın Kral Kubokunda ən gənc qol vuran oyunçusu ünvanına sahib çıxıb.

O, Bojan Krkiçi qabaqlayıb. Sabiq futbolçu 2007/2008 mövsümündə 17 yaş 77 günlüyündə fərqlənib.

Qeyd edək ki, Yamal eyni rekordu iki həftə əvvəl İspaniya Superkubokunda da müəyyən etmişdi. O, həmçinin "Barselona" tarixinində ən gənc qol vuran futbolçudur.

16 yaşlı cinah oyunçusu bu mövsüm bütün turnirlərdə 29 oyunda 3 qol vurub və 5 məhsuldar ötürmə edib. Transfermarkt portalı Lamini 60 milyon avro dəyərində qiymətləndirir.

Heybət


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur