05.02.25 | Bakı 8.03° C |
10:06:25
Lent :

Dünyanın ən yaşlı prezidenti yenidən namizəd oldu

25 yan 2025 23:00
DÜNYA
ads
Advertisement

Kamerunun 91 yaşlı prezidenti Paul Biya yenidən seçkilərdə iştirak etmək qərarına gəlib.

QÜTB.AZ "CameroonOnline"a istinadla xəbər verir ki, o, oktyabrın 12-nə təyin edilmiş qarşıdan gələn prezident seçkilərində namizədliyini irəli sürüb.

Kamerunun müstəqillik qazandıqdan sonra ikinci prezidenti olan Biya səkkizinci dəfə prezidentliyə namizəd olacaq. Ölkə konstitusiyası prezidentlik müddətinin sayına və ya namizədin yaşına məhdudiyyət qoymur.

Biya 41 ildən artıqdır ki, dövlət başçısı vəzifəsində çalışıb. O, dünyanın ən yaşlı prezidenti kimi tanınır. Fevralda onun 92 yaşı tamam olacaq.

Hakimiyyətdə qalma müddətinə görə, onu yalnız Ekvatorial Qvineyanın lideri, 1979-cu ildən ölkəyə rəhbərlik edən Teodoro Obianq Nguema Mbasoqo qabaqlayır.

Hüseyn İbadlı

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
141 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
8.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur