Amerika kubokunda 3-cü turun oyunları davam edir.
Publika.az xəbər verir ki, ötən gecə B qrupunun son oyunlar keçirilib. Venesuela Yamaykanı 3 cavabsız qolla məğlub edib, Meksika və Ekvador komandaları isə qolsuz bərabərə qalıb.
Venesuela qrupu 9 xalla birinci sırada bitirib. Ekvador (4) ikinci, Meksika (4) üçüncü, Yamayka (0) isə dördüncü olub.
Bununla Amerika Kubokunun ilk 1/4 final cütlükləri məlum olub. Bunlar Argentina - Ekvador və Venesuela - Kanadadır. Görüşlər müvafiq olaraq iyulun 5-də və 6-da (Bakı vaxtı ilə 05:00-da) keçiriləcək.
Heybət