“Erməni reallığında öz müqəddəratını təyinetmə və Qarabağın statusu anlayışları yanlış qəbul edilib. Bunlar həmişə Qarabağın Azərbaycanın bir hissəsi olacağını nəzərdə tuturdu”.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
Paşinyan ATƏT-in fəaliyyətdə olan sədrinin 1996-cı ildə Lissabon sammitinin yekunlarına dair bəyanatını xatırladıb. Qeyd edib ki, bu bəyanatda da Qarabağın həm “status”u, həm də “öz müqəddəratını təyinetmə” hüququ Azərbaycanın tərkibində qəbul edilirdi.
“Lakin Ermənistanda bütün bunlar düzgün başa düşülmədi, çünki 1996-cı ildə erməni ictimaiyyətinin Lissabon sənədinə çıxışı yox idi, həmin vaxt internet də yox idi. Ermənistanın klerikal-feodal elitası hakimiyyəti ələ keçirmək və saxlamaq üçün Ermənistan xalqını aldadıb. Qarabağla bağlı bütün həqiqət belədir”, - erməni baş nazir bildirib.
Asif