ABŞ ordusu tərəfindən hazırlanan və Qəzza zolağında fələstinlilərə humanitar yardım çatdırmaq üçün nəzərdə tutulan üzən estakada təmir üçün bağlanacaq.
Publika.az xəbər verir ki, Pentaqonun məlumatına görə, 320 milyon dollar dəyərində olan layihə dalğalı dənizə tab gətirə bilməyib.
ABŞ prezidenti Co Bayden layihəni mart ayında təsdiqləyib və Ağ Ev onu müharibədən əziyyət çəkən əhaliyə kömək etmək üçün kritik bir vasitə kimi istifadə edib. Lakin açılışdan cəmi iki həftə sonra estakadanın fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Məlumata görə təmir bir həftədən çox çəkə bilər.
Bayden administrasiyası körpünün tikintisini ən azı Qəzza zolağındakı iztirab və aclığın müvəqqəti həlli adlandırıb. Körpü hətta Kiprdən də yardım çatdırmağa şərait yaradır.
Pentaqon körpünün problemlərinə görə sərt dənizləri günahlandırıb. ABŞ Mərkəzi Komandanlığı bildirib ki, 4 ABŞ gəmisi çətin şərtlər səbəbindən yanalma yerindən çıxıb. Onlardan ikisi Qəzza zolağında sahilə doğru yan alıb.
Pentaqon layihəyə 1000-ə yaxın hərbçinin cəlb edildiyini bildirir. Bu ayın əvvəlində bir sıra televiziya müsahibələrində körpünün açılışı ilə öyünən Ağ Evin milli təhlükəsizlik sözçüsü Con Kirbi deyib ki, İsraildə heç bir Amerika əsgəri olmayacaq, ancaq Amerika qoşunları körpünün təhlükəsizliyini təmin edəcək.
İsrailli jurnalist Karoline Qlik vəziyyəti şərh edən şəkil paylaşıb. "Baydenin Qəzza estakadası dənizə batmaqdadır... 320 milyon dollar onunla birlikdə batdı..." deyə yazıb. İsrail mətbuatı da onun “batmaqda” olduğunu təsdiqləyib.
Cəmilə