Almaniya dövləti Avro-2024-ün qrup mərhələsinin Serbiya və İngiltərə arasında keçiriləcək oyununda baş verə biləcək potensial təhlükələrdən narahatdır.
Publika.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Hüquq-mühafizə orqanları digər azarkeşlərlə birlikdə stadiona daxil ola biləcək serb ultraslarının aqressiv davranışından qorxurlar. Gözlənilir ki, 500 çılğın fanat minlərlə ingilis azarkeşə yaxın olmağa çalışacaq. Bu da münaqişəyə səbəb ola bilər.
Potensial iğtişaşın qarşısını almaq üçün tədbirlər görüləcək. Stadionda yalnız aşağı spirtli pivə veriləcək, iki ölkədən olan azarkeşlər ayrı saxlanılacaq və geniş təhlükəsizlik əməliyyatına 1000-dən çox polis əməkdaşı cəlb olunacaq.
Qeyd edək ki, Serbiya - İngiltərə oyunu iyunun 16-da keçiriləcək.
Heybət