Argentina millisinin və “Bayer”in yarımmüdafiəçisi Ekzekyel Palasios Lionel Messi haqda danışıb.
Publika.az xəbər verir ki, Palasiosun sözlərini “Reuters” sitat gətirib.
“Hələlik Messinin karyerasını nə vaxt bitirəcəyi barədə danışmayaq. Milli komandanı Messisiz təsəvvür etmək mümkün deyil. Hamımız onun ölməz olmasını və həmişə bizim üçün oynamasını istəyirik.
Biz həm də Di Marianın da karyerasını bitirməsini istəmirik. O, digərlərindən fərqli olaraq ölkəmiz üçün tarixi əhəmiyyətə malik unikal oyunçudur”, – deyə Palasios bildirib.
Xatırladaq ki, 36 yaşlı Messi 2005-ci ildə Argentina millisində debüt edib. Bu müddət ərzində o, bütün turnirlərdə 180 qarşılaşmada iştirak edib, 106 qol vurub.