"Napoli" gürcü cinah oyunçusu Xviçi Kvaratsxeliya ilə bağlı qərar verib .
Publika.az xəbər verir ki, "Marca"nın məlumatına görə, Neapolitan klubu futbolçu ilə 150 milyon avroya ayrılmağa hazırdır. Bu onunla izah olunur ki, "Napoli" Kvaratsxeliya və nigeriyalı hücumçu Viktor Osimhenin eyni vaxtda klubu tərk etməsini istəmir.
Xatırladaq ki, Kvaratsxeliya 2022-ci ilin yayından "Napoli"də çıxış edir. Bu mövsüm cinah oyunçusu partenopiyalıların heyətində bütün yarışlarda 36 oyun keçirib, 10 qol vurub və 5 məhsuldar ötürmə edib.
Futbolçunun İtaliya klubu ilə müqaviləsi 2027-ci ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 80 milyon avrodur.