“Arsenal” 20 ildir ki, Premyer Liqanın qalibi ola bilmir. Bu da, təbii ki, azarkeşləri çox üzür. Ancaq qadınlar arasında keçirilən çempionatda “topçular”a çempionluq sevinci yaşamaq qismət olub.
2018-ci ildə qadınlar Super Liqasında çempion olan London nəhənginin bu uğurunda əsas pay sahiblərindən biri komandanın lideri Liya Uilluamson idi.
O, 1997-ci ilin martın 29-da Londondan 70 kilometr aralıda yerləşən Milton Keynisdə anadan olub. İngilis müdafiəçi tezliklə 27 yaşını qeyd edəcək.
Luya 6yaşında "Raşdin & Dyamonds" komandasında futbol oynamağa başlayıb. 2006-cı ildə “Arsenal”ın skautları onu kəşf edib. Beləcə, İngiltərənin paytaxtına köçüb. Bəli, o, əsl “topçu” hesab edilir. Çünki nə az, nə çox 18 ildir bu klubun üzvüdür.
Ən qəribə məqam isə ailə üzvləri ilə bağlıdır. Onun atası və qardaşı “Arsenal”ın əzəli rəqibi “Tottenhem”i dəstəkləyir.
2014-cü ildə Liya əsas komandada debüt edib. Həmin vaxt onun 17 yaşı var idi. Debüt mövsümü onun adına uğurlu alındı. O, ilk titulunu - FA Kubokunu qazandı. 2019-cu ildə “Arsenal” İngiltərə çempionu oldu. Bu uğurda da Uillyamson mühüm rol oynadı. 20 matçdan 19-da iştirak etdi. Onun liderlik etdiyi müdafiə xəttini rəqib komandalar sadəcə 13 dəfə (qol) keçə bildilər.
Həmçinin Liyanın şəxsi muzeyində Liqa Kubokunu üç qızıl medalı da var. O, eyni zamanda 3 dəfə mövsümün ən yaxşı oyunçusu seçilib.
İngiltərə millisini də onsuz təsəvvür etmək çətindir. O, aşağı yaş qrupları üzrə bütün yığma komandalarda çıxış edib. U-15-dən başlayaraq əsas komandaya qədər hamısında kapitan sarğısı ona həvalə edilib. Onun karyerasının zirvəsini Avro-2022-də qazanılan qələbəni hesab etmək olar.
“Uembli” stadionunda qadınların Avropa çempionluq kubokunu başı üzərinə ilk dəfə qaldıran məhz Uilyamson oldu. Bu, onun kişilərdən ibarət millidəki həmkarı Harri Keynin hələlik xəyal edə biləcəyi bir şeydir.
Heybət