Rusiya prezidenti Vladimir Putin Strateji Təşəbbüslər Agentliyinin (ASİ) forumunda iştirak edərkən “diktatura” ilə bağlı şərhə fikir bildirib və belə bir vəziyyətdə özünü “yeganə təminatçı” adlandırıb.
Publika.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Prezident fevralın 20-də ASİ-nin “Yeni zamanlar üçün güclü ideyalar” adlı forumunda iştirak edib.
Tədbir zamanı ASİ-nin baş direktoru Svetlana Çupşeva sessiya iştirakçılarından birinin iradına cavab verərək qeyd edib ki, “moderator rolunda mənəm və sizə söz verməyəcəm”. "Görürsünüz ki, bizdə virtual diktatura var. Yeganə təminatçı mənəm", - Putin zarafatla bildirib.
Həmçinin bu forumda prezident Rusiyanın daha suveren olmasının vaxtının yetişdiyini bildirib. "Biz keyfiyyət dəyişikliklərindən keçirik, ölkə daxildən dəyişir, daha özünü təmin edən, daha suveren, özünə inamlı olan Rusiyanın vaxtıdır!" – deyə prezident vurğulayıb.
Tural