Ukrayna Silahlı Qüvvələrinin Belqorodu atəşə tutması nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.
Publika.az xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov öz "Telegram" kanalında məlumat verib.
"Çox təəssüf ki, ölənlərin sayı 21 nəfərə çatıb, onlardan üçü uşaqdır", - deyə vilayət rəhbəri yazıb.
Qladkov qeyd edib ki, 110 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan 17-si azyaşlıdır. 30 nəfərin vəziyyəti ağırdır.
Qeyd edək ki, Belqorod dekabrın 30-da Ukraynadan atəşə tutulub. Zərbə kaset sursatları olan iki raket və Çexiya istehsalı olan MLRS ilə həyata keçirilib. Ukrayna Silahlı Qüvvələrinin zərbələri nəticəsində yalnız mülki obyektlərə ziyan dəyib.
Hüseyn İbadlı