ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan Kiyevə səfər edib.
Publika.az "Reuters"ə istinadən xəbər verir ki, Sallivan Kiyevdə Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermakla görüşüb.
Yermakla görüşdən sonra keçirilən mətbuat konfransında Sallivan ABŞ-nin Ukraynaya böyük yardım paketi təqdim edə biləcəyini bildirib.