"Real"ın yarımmüdafiəçisi Luka Modriç yeni klub rekorduna imza atıb.
Publika.az xəbər verir ki, xorvatiyalı ulduz Madrid komandasının heyətində Çempionlar Liqasında çıxış edən ən yaşlı futbolçu olub.
Luka 38 yaş 234 günlüyündə "Bayern" ilə ilk yarımfinal matçında meydana çıxıb. Beləliklə, o, əfsanəvi Ferens Puşkaşın 1965-ci il noyabrın 17-dən bu yana sahib olduğu rekordu yeniləyib. Macarıstanlı forvard 38 yaş 229 günlüyündə avrokuboklarda çıxış edib.
Modriç bu statistikaya "Real"ın heyətində 528-ci, Çempionlar Liqasında isə 118-ci oyununda çatıb.
Qeyd edək ki, "Bayern" - "Real" matçı heç-heçə (2:2) ilə yekunlaşıb.
Heybət