Afrika Millətlər Kubokunda 1-ci tur çərçivəsində baş tutan Mərakeş - Tanzaniya oyununda (3:0) maraqlı hadisə yaşanıb.
Publika.az xəbər verir ki, 80-ci dəqiqədə "Sevilya"nın hücumçusu Yusif En-Nesri mərakeşlilərin görüşdəki üçüncü qolununu vurub. Lakin hakim əvvəlcə qolu ləğv edib. Yalnız VAR-ın israrından sonra epizodu yoxlamağa gedib. Bu məqamda Yusifi Hakim Ziyeç əvəzləyib.
Yalnız 3 dəqiqədən sonra baş hakim En-Nesirinin qolunu qeydə alıb. Nəticədə hücumçu ehtiyat oyunçular skamyasında olarkən qolun sevincini yaşayıb.
Heybət