Çilinin şimalındakı Atakama səhrası Yer kürəsinin ən quraq yerlərindən biri hesab olunur. Lakin hazırda quru qumlu səhra ağ və bənövşəyi çiçəklərdən ibarət rəngli xalça ilə örtülüb.
Publika.az xəbər verir ki, bu haqda CNN məlumat yayıb.
Atakama səhrası Florida ("çiçəklənən səhra") kimi tanınır, çünki bir neçə ildən bir düzgün miqdarda yağış və temperatur səhranın yatmış toxumlarını oyatmaq üçün üst-üstə düşəndə çiçəklərlə örtülür.
Bu, adətən yazda olur. Lakin cari çiçəklənmə qeyri-adi erkən - Cənub yarımkürəsində qışın ortasında - qlobal hava şəraitinə təsir edən təbii iqlim hadisəsi olan El Ninonun səbəb olduğu yağışlar sayəsində baş tutub.
Çiçəkləmə adətən El Nino ilə üst-üstə düşür, bu zaman bölgədə temperatur daha da istiləşir, buxarlanmanın artmasına və nəticədə yağıntıların çoxalmasına səbəb olur.
Çili Papa Katolik Universitetinin 2022-ci il təhlilinə görə, son 40 ildə təxminən 15 çiçəklənmə hadisəsi baş verib.
2022-ci ildə Çili hökuməti Atakama səhrasında bu nadir çiçəkləri dəstəklədikləri vəhşi təbiətlə - həşəratlar, sürünənlər və quşlarla birlikdə qorumaq üçün yeni milli parkın yaradılmasını elan edib.
Cəmilə