Türkiyəli məşhur aktyor Akın Akınözün anası Özlem Akınöz ötən gün uzun müddətdir mübarizə apardığı xəstəlikdən dünyasını dəyişib.
Publika.az xəbər verir ki, anası ilə vida mərasimində məşhur aktyor göz yaşlarını saxlaya bilməyib.
Akın Akınözü bu ağrılı gündə aktyor dostları onu tək qoymayıb.
Aktyor sosial media hesabında anası ilə belə vidalaşıb:
"İnancımı itirdim. Qarşılıqsız sevilməyi itirdim. Məsumluğumu itirdim. Ümidimi itirdim. Məqsədimi itirdim . Yolumu itirdim. Mübarizəmi itirdim. Keçmişimi itirdim. Uşaqlığımı itirdim. Xəyallarımı itirdim . Mən öz evimi itirdim. Mələyimi itirdim. İlk gerçək sevgimi itirdim. Çünki mən səni itridim. Qalan tək isə sənə duyduğum sonsuz HƏSRƏT…”
Cəmilə