Daxili İşlər Nazirliyi Yevlax rayonu ərazisində "Porsche" markalı avtomobilin qəza törətməsi barədə məlumat yayıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı Milli.Az-a bildirib ki, bu gün saat 13 radələrində Xaldan-Şəki-Zaqatala yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində Bakı şəhər sakini S.İbrahimova "Porsche" markalı avtomobillə hərəkət olarkən idarəetməni itirərək nəqliyyat vasitəsini yolun kənarına aşırıb. Nəticədə avtomobildə olan iki sərnişindən biri A.Məmmədzadə xəsarətlər alaraq xəxtəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılîr.
--------
13:52
İçərisində 5 qadının olduğu "Porsche" aşıb.
Milli.Az bildirir ki, bu barədə teleqram kanallarında görüntülər yayılıb.
Yevlax rayonu ərazisində baş verən hadisənin təfərrüatları barədə məlumat verilmir.
Milli.Az