"Youtube"da 300 milyon izləyicisi olan MrBeast ABŞ prezidenti olmaq istəyir,
Publika.az xəbər verir ki, bu barədə o, özünün sosial şəbəkə hesabında bildirib.
Məşhur "youtuber" yaş tələbinin aşağı salınacağı təqdirdə namizədliyini irəli sürəcəyini açıqlayıb.
O, vədini isə belə izah edib:
"Ölkəmdə insanları parçalamaq əvəzinə onları birləşdirməyə çalışaram. Mən ancaq millətim üçün çalışaram".