İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubunda minlərlə raket buraxılış qurğusunu və "Hizbullah" hərəkatının 180-ə yaxın hədəfini vurub.
QÜTB.AZ xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin "Telegram" kanalı məlumat yayıb.
"180-ə yaxın hədəf və minlərlə buraxılış qurğusu məhv edilib. Son bir saat ərzində İsrail Hərbi Hava Qüvvələri İsrail ərazisini atəşə tutmaq üçün dərhal istifadəyə hazır olan minlərlə buraxılış qurğusunu vurub", - məlumatda deyilir.
Həmçinin, İsrail Müdafiə Qüvvələrinin artilleriyası Livanın cənubunda bir sıra ərazilərə zərbələr endirib.
Bundan başqa, Livan ərazisindən İsrail ərazisinə 90-a yaxın mərmi buraxılışı qeydə alınıb.
Onlar "Hizbullah"ın imkanlarının və infrastrukturunun zəiflədilməsi istiqamətində işlərin davam etdiriləcəyini vurğulayıblar.
Hüseyn İbadlı