Türkiyənin Kocaeli şəhərinin Derince rayonunda supermarketdə alış-veriş edən evli cütlük silahlı hücuma məruz qalıb.
Publika.az Türkiyə medasına istinadla xəbər verir ki, 44 yaşlı Belfun Doğramacı ürəyindən, həyat yoldaşı 39 yaşlı Sevda Doğramacı isə qolundan vurulub.
Belfun Doğramacı həyatını itirib. Şübhəli şəxs qismində Mustafa adlı şəxs həbs edilib.
Məlumata görə, öldürülən Belfun Doğramacı ilə Mustafa adlı şəxs qonşu olub. 2019-cu ildə Belfun Doğramacının idarə etdiyi avtomobilin qəzaya uğraması nəticəsində Mustafanın oğlu dünyasını dəyişib və onların arasında bu səbəbdən düşmənçilik başlayıb.