Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşü başlayıb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüş İstanbuldakı Dolmabaxça İş Ofisində keçirilir.
Qeyd edək ki, görüş zamanı Ukrayna ilə Rusiya arasında davam edən müharibənin gedişi, Taxıl Dəhlizi Sazişinin davam etdirilməsi, bölgədə daimi sülh təşəbbüslərinin müzakirə edilməsi nəzərdə tutulub.