05.04.25 | Bakı 11.03° C |
07:02:33
Lent :

Kərim Abbasov 100 minlik biznes AÇIR

02 yan 2024 14:00
GÜNDƏM
ads
Advertisement

Müğənni Kərim Abbasov 2024-cü ildə özünü biznes sahəsində sınayacağını açıqlayıb.

Publika.az xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “Xəbərin var?” maqazin verilişində danışıb.

Sənətçi bildirib ki, yaxın müddətdə geyim butiki açacaq:

“Sentyabrda özümə aid geyim “butik”im olacaq. Orada elə geyimlər satışa çıxarılacaq ki, başqa heç bir mağazada həmin paltarları görə bilməyəcəsiniz. Orada sırf səhnə geyimləri satılacaq. O geyimləri geyinmək üçün cəsarət lazım olacaq. Həmin geyimlərə dizaynı mən verməyəcəyəm. Çünki elə şeylərə zamanım yoxdur. Amma “butik”imdə zövqlü geyimlər olacaq. Bütün tərzdə paltarlar olacaq. Adi və boşluğu dolduran geyimlər satmayacayıq”.

Kərim həmçinin özünə məxsus restoran açacağını da vurğulayıb. Bu işdə isə ona bloger Hüseyn Əzizoğlu yardım etdiyini söyləyib:

“Restoran biznesinə başlayıram. Artıq bununla bağlı müəyyən işlər də görmüşəm. Bu işdə isə mənə bloger Hüseyn Əzizoğlu yardım əlini uzatdı. Onunla oturub söhbət etdik. Dedim ki, restoran açmaq istəmirəm. O isə mənə cavabında “Sən çoxdan bu işi etməli idin. Hətta sən gecikirsən...” söylədi. Ona sual verdim ki, bu işdə mənə yardım əlini uzada bilərsən? Cavabına dedi ki, “İki əlimin ikisini də birdən”... Hüseyn Əzizoğlunun çox yüngül əli var. Bir biznes qurmaq üçün minimum 50 min manat pul lazımdır. Əgər mən geyim mağazasını açacağamsa, butikin yerləşəcəyi məkan, geyimləri haradan gətirilməsi kimi məsələləri artıq həll etmişəm. Ora ən azı 80-100 min manat pul lazımdır”. (Bizim.Media)


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur