04.01.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

Otel müştərisindən qeyri-adi etiraz: Çarpayısını restorana gətirdi

20 iyl 2024 14:00
GÜNDƏM
ads

Türkiyədə qaldığı oteldəki otağın kondisioneri işləmədiyi üçün çarpayısını restorana gətirib orada yatan turistlə bağlı açıqlama verilib.

Publika.az xəbər verir ki, maraqlı hadisə Antalyadakı 5 ulduzlu otellərdən birində baş verib.

Bildirilib ki, Cenk Bilge adlı şəxs qaldığı son günə qədər otağındakı xarab kondisionerin təmiri üçün otel rəsmilərindən kömək istəyib. Lakin son günə kimi problemin həll olunmadığını deyən şəxs liftlə çarpayısını otelin restoranına endirib.

Məsələ ilə bağlı açıqlama verən otel rəsmisi Cenk Bilgenin otağının kondisionerində heç bir problem olmadığını, qaldığı son gündə kondisionerin texniki nasazlıq səbəbindən işləmədiyini qeyd edib.

Otel rəsmisi texniki problemlərə görə bir çox otaqda kondisionerin eyni vaxtda işləmədiyini və problemin qısa müddətdə həll olunduğunu əlavə edib.

Roza Şəfiyeva


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur