Yanvarın 25-də maqnit qasırğası müşahidə ediləcək.
QÜTB.AZ xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun və Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyası məlumat yayıb.
Təqdim olunan qrafiklər göstərir ki, yanvarın 25-də saat 6:00-dan (Bakı vaxtı ilə 7:00-dan) etibarən G2 səviyyəsində (orta dərəcə) qasırğa Yer kürəsini bürüyəcək. İki saatdan sonra dalğalanma səngiməyə başlayacaq. Maqnit qasırğasının başladıqdan təxminən altı saat sonra sona çatacağı proqnozlaşdırılır.