Kəskin Leykozdan əziyyət çəkən 1 yaşlı Rəsulun DƏSTƏYİNİZƏ EHTİYACI VAR – FOTOLAR
Sayımız var kağız üstündə, amma bu şəhərdə kimsə yoxdur...
"Bu Şəhərdə Kimsə yoxdur" serialı Rövşən Abdullaoğlunun "Bu Şəhərdə Kimsə Yoxdur" psixoloji romanının motivləri əsasında çəkilir. Serialın ssenari müəllifi Rövşən Abdulloğu, Quruluşçu rejissoru Rüfət Şahbazov, Baş prodüseri Amiran Babayevdir. Serialın musiqisini Rafael Şabanov səsləndirib. Serial həftənin cümə günləri 22:00-da "Xəzər" TV-də yayımlanır.
1-ci bölüm...
Məktəblinin rəsmi
Serial məktəbli qızın rəsm çəkməyi ilə başlayır. Rəsmə baxıldığı zaman insana hüzn çökür. Sanki rəsm öncədən pis bir hadisənin baş verəcəyindən xəbər verirdi. Və elə də olmuşdu...
Bəli, artıq Yaşarın həyat mübarizəsi başlamışdı. Amma bu dəfə ki, daha fərqli idi. Əvvəlkinə bənzəmirdi...
Tənhalıq
Serialda diqqəti çəkən məqamlardan biri də Elvinin tənhalığa qərq olmağıdır. Romanda yazılan fikri xatırlamaq yerinə düşər: "İnsan nadir halda tək olur, ancaq tez-tez tənha olur". Elvin də tez-tez tənhalığa məhkum olan insanlardan biri idi. Həm məktəbdə, həm də ailədə özünü daima yalnız hiss edir. Eyni zamanda da anası baş verən bütün problemlərə görə, Elvini günahlandırırdı. Onu dünyaya gətirdiyi üçün peşmanlıq hissi keçirirdi. Bütün bunlar Elvinin həyata psixologiyasına ciddi təsir göstərmişdi. Atasının ona dəstək olmağı, ona sevgi ilə yanaşmağı belə onu xoşbəxt etmirdi. Elvin sanki romandakı Villi obrazına bənzəyir. Onun kimi pessimist düşüncələr içindədir. Kim bilir, bəlkə də, gələcək bölümlərdə onu Visam kimi görəcəyik.
Yeni dost
Elvinin tək hiss etdiyi zamanda həyatında yeni bir dost daxil olmuşdu. Deyəsən, Elvin artıq Visamını tapmışdı.
Dostunun ona dediyi bu cümlə, bəlkə də, onun həyatını dəyişdirəcək: "Babam deyir ki, məğlub qalibin üzünə güləndə qələbənin ləzzəti tamam yox olur".
Günel Ayxan