“Qarabağ”la Portuqaliyanın “Braqa” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda üçüncü qol vurulub.
Publika.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmada bu dəfə meydan sahibləri fərqləniblər.
102-ci dəqiqədə Mateuş Silva vurduğu qolla hesabı 1:2 edib.
Ümumi hesabda isə “Qarabağ” 5:4 önə keçib.
xxx
“Qarabağ”la Portuqaliyanın “Braqa” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda ikinci qol vurulub.
Publika.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmada bu dəfə qonaqlar rəqibi cəzalandırıblar.
83-cü dəqiqədə Alvaro Calo adını tabloya yazdırıb. “Braqa” 2:0 hesabı ilə öndədir.
xxx
23:19
“Qarabağ”la Portuqaliyanın “Braqa” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda hesab açılıb.
Publika.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmanın 70-ci dəqiqəsində qonaqlar qol sevinci yaşayıblar.
“Braqa”nın heyətində Rocer Fernandes fərqlənib.
xxx
23:05
“Qarabağ”la Portuqaliyanın “Braqa” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda fasilə başa çatıb.
Publika.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunan görüşdə ikinci hissə başlayıb.
İlk yarıdan sonra hesab açılmayıb - 0:0.
“Qarabağ”la Portuqaliyanın “Braqa” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu başlayıb.
Publika.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan qarşılaşma saat 21:45-də start götürüb.
Matçın baş hakimi bolqarıstanlı FIFA referisi Georgi Kabakovdur.
Braqadakı ilk matçda 4:2 hesablı qələbə qazanan Ağdam təmsilçisi bu üstünlüyü qoruyacaqları təqdirdə, tarixində ilk dəfə 1/8 finala yüksələcək.
xxx
20:48
Bakıda UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda üz-üzə gələcək “Qarabağ” və Portuqaliyanın “Braqa” klubunun start heyətləri açıqlanıb.
Publika.az xəbər verir ki, komandalar meydançaya aşağıdakı “11-lik”lərlə çıxacaqlar.
“Qarabağ”: 99. Andrey Lunyov, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüsenov, 29. Marko Veşoviç, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. Olavio Juninyo.
“Braqa”: 1. Mateus, 4. Siku Niakate, 15. Paulu Oliveyra, 2. Viktor Qomeş, 26. Kristian Borxa, 16. Rodriqo Salasar, 22. Pittsi, 28. Joau Moutinyu, 11. Rocer Fernandeş, 23. Simon Banza, 9. Abel Ruis
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Braqa” oyunu saat 21:45-də başlayacaq. Portuqaliyada baş tutan ilk görüşdə Azərbaycan çempionu 4:2 hesablı qələbə qazanıb.