Onlayn sifariş verən qadın paketi açarkən ağlına belə gətirə bilmədiyi sürprizlə qarşılaşıb.
Publika.az xəbər verir ki, bağlamanın içərisindən kobra ilanı çıxıb. Hadisə Hindistanda baş verib. Belə ki, onun paketinin qablaşdırma lentinə kobra ilanı ilişib, elə orada da qalıb. Xoşbəxtlikdən zəhərli ilan qadına zərər verməyib.
Yerli mətbuatda yayılan xəbərlərə görə, Karnataka əyalətinə xas kobra növü olduğu təsbit edilən ilan tutularaq təbiətə buraxılıb. "Amazon" şirkəti üzr istəyib və müştəri təhlükəsizliyinin prioritet olduğunu vurğulayaraq hadisəni araşdırdıqlarını bildirib.
Aysel Şahmar