02.04.25 | Bakı 11.03° C |
10:06:25
Lent :

“Parlament təşkilatları təzyiq və ikili standartlar vasitəsinə çevrilməməlidirlər”

11 iyl 2024 13:00
GÜNDƏM
ads
Advertisement

"Parlament təşkilatları Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının timsalında müəyyən qrupların maraqlarının oyun meydanına, təzyiq və ikili standartlar alətinə çevrilməməlidirlər".

Publika.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova iyulun 11-də BRICS ölkələrinin X Parlament Forumunun plenar sessiyasında çıxışı zamanı deyib.

Milli Məclisin sədri vurğulayıb ki, parlament təşkilatları həqiqi dialoqu və əməkdaşlığı təşviq etməlidirlər.

Sahibə Qafarova bildirib ki, beynəlxalq sistemin səmərəliliyinin təmin edilməsi qarşılıqlı faydaya əsaslanan ədalətli münasibətlərin qurulmasını, bir-birinə hörmət edilməsini və həqiqi çoxtərəfliliyin gücləndirilməsini tələb edir.

Azərbaycan öz xarici siyasətində bu prinsipləri rəhbər tutaraq, həm ikitərəfli əlaqələrində, həm də çoxtərəfli formatlarda dialoq, əməkdaşlıq və həmrəyliyi təşviq edir. Onun sözlərinə görə, bu prinsiplər həm də BRICS üçün fəaliyyət prioritetləridir. Azərbaycan artıq BRICS-ə qoşulmaq arzusunu ifadə edib. Diqqətə çatdırılıb ki, bu kontekstdə əməkdaşlığın gücləndirilməsi ortaq məqsədlərimizə xidmət edəcəkdir.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur