Portuqaliyalı mütəxəssis Joze Mourinyo afrikalı futbolçulara münasibətindən danışıb.
Publika.az xəbər verir ki, Mourinyo Afrikada çox sevildiyini də bildirib.
“Mən Afrikaya gedə bilmərəm! Bu mənim üçün çox şeydir. Bir çox afrikalı futbolçularla işləmişəm, Droqba, Mikel, Kalu, Essyen və başqaları ilə…
Hər dəfə Afrikaya gedəndə özümü izdiham arasında tapıram. Orada məni çox sevirlər! Düzünü desəm, mən bu oğlanları sevirəm və düşünürəm ki, afrikalı oyunçu çox sadiqdir”, – məşhur jurnalist və insayder Fabritsio Romano Mourinyonun sözlərini sitat gətirib.
Xatırladaq ki, bu ilin yanvarında İtaliyanın “Roma” klubu Joze Mourinyonu komandanın baş məşqçisi postundan uzaqlaşdırdığını açıqlayıb.