"Real"ın və Fransa millisinin hücumçusu Kilian Mbappe Stokholmda cinsi təcavüzdə iştirak etməsi ilə bağlı iddialara ilk dəfə münasibət bildirib.
QÜTB.AZ xəbər verir ki, o, günahsız olduğunu, anlaşılmazlıq yaşandığını söyləyib:
“Mən də təəccüb içindəyəm. Bu, gözlədiyimiz bir şey deyildi. Çağırış vərəqələri aldım. Hamı kimi mən də eyni şeyləri oxudum. İsveç hökuməti heç nə deməyib. Bunun mənə aidiyyəti yoxdur. Sadəcə bir anlaşılmazlıqdır.
Heç vaxt bu barədə narahat olmamışam. Çox səs-küy vardı, amma həmişə eyni niyyətim olub: diqqətimi işimə yönəltmək və hər şeyin necə nəticələnəcəyini görmək. Əgər məni məhkəməyə çağırsalar, ora gedəcəm”.
Qeyd edək ki, oktyabrın 14-də İsveç polisi Mbappenin istirahət etdiyi Stokholmdakı oteldə baş verdiyi iddia edilən cinsi təcavüz şikayəti ilə bağlı araşdırmaya başlayıb. Bildirilir ki, qurban olduğunu iddia edən qadın hadisədə fransız futbolçunu da günahlandırır.
Qutb