Gədəbəy rayonunun Arıqdam kəndində kafelərin birində mübahisə düşüb, 1 nəfər beşbarmaqla vurulub.
Milli.Az report-a istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü R.Abışov kafelərin birində tanımadığı şəxslə mübahisə edib. Mübahisə əsnasında həmin şəxs onu beşbarmaqla vuraraq müxtəlif bədən xəsarətləri yetirib.
Zərərçəkmiş xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az