01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

Bakıda sürücü bir ailənin məhvinə səbəb oldu - indi məhkəmə qarşısındadır

10 okt 2023 09:00
HADİSƏ
ads
Advertisement

Bakı şəhər Xəzər rayonunda ölümlə nəticələnən ağır yol qəzası törətməkdə təqsirləndirilən Ayaz Əliyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Milli.Az pravda.az-a istinadən xəbər verir ki, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Novruz Kərimovun icraatına verilib.

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, bu il mayın 28-də saat 21 radələrində 1980-ci ildə Naxçıvan MR-də anadan olmuş Ayaz Vəli oğlu Əliyev idarə etdiyi "Nissan Tiida" markalı avtomobillə Hövsan qəsəbəsi Zığ yolunda "Zığ bağları" adlanan ərazidə üzü Zığ qəsəbəsi istiqamətində hərəkət edərkən piyadaların keçidi üçün nəzərdə tutulan yerüstü keçidin altından yolu keçən piyadaları vurub. Nəticədə 1964-cü il təvəllüdlü Səkinə Baloğlan qızı Rəsulova, onun 1984-cü il təvəllüdlü gəlini Samirə Xudayar qızı Cavadova və sonuncunun 2020-ci il təvəllüdlü qızı Məryəm Nadir qızı Hüseynova aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı Suraxanı RPİ-nin İŞ-də CM-in 263.3-cü maddəsi ilə cinayət işi başlanıb.

Milli.Az


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur